SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub?

12 Yanvar, 2017 00:47 | Siyasət | Baxış sayı: 72
Xalik Məmmədov - SOCAR-ın vitse-prezidenti
Xalik Məmmədov - SOCAR-ın vitse-prezidenti

Xalik Məmmədov onun haqqında yayılan xəbərlərdən danışdı

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara cavab verib.

İstiPress-in məlumatına görə, X. Məmmədov bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayıldığını bildirib:

"İstintaqa cəlb olunmağımla bağlı işgüzar fəaliyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya, mən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam.

Bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliiyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm. Yəqin ki, jurnalist, bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu onun borcudur və buna görə məsuliyyəti var.

Tutduğum mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə mən jurnalistlər üçün həmişə açıq olmağa çalışmış və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciət etməyib. Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Ona görə də sayıram ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər.

Hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam".

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan “Gülən İşi” üzrə istintaqa cəlb olunduğu barədə xəbələr yayılmışdı.