Putin və Ərdoğan yeni ittifaq qurdu

12 Yanvar, 2017 03:03 | Siyasət | Baxış sayı: 143
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Moskva üçün Ankara ilə qurulan İttifaq bəzi mühüm hədəflərin həyata keçirilməsini təmin edir

Qazaxıstanın paytaxtı Astanada yanvarın 23-də keçiriləcək Suriya üzrə sülh danışıqları ilə bağlı hazırlıqlar son mərhələdədir.

Türkiyə, Rusiya və İran Suriyanın gələcəyinə dair rolunu gücləndirərkən 3 ölkənin razılığı ilə atəşkəs elan edildikdən sonra Ankara və Moskva arasında yeni ittifaq quruldu.

İstiPress xəbər verir ki, Rusiyanın nüfuzlu Kommersant qəzetində yer alan analitik məqalədə qeyd olunur ki, Ankara və Moskva atəşkəs razılaşmasına daxil edilməyən İŞİD terrorçu qruplaşmasına qarşı ilk dəfə əməliyyat həyata keçirdi.

Moskva üçün Ankara ilə qurulan ittifaq kritik önəm daşıyır və bəzi hədəflərin həyata keçirilməsində mühüm rol oynayır: Qərbin Suriyada həll üçün təşəbbüsünün qarşısını almaq və Astanada Bəşər Əsədin müddətsiz iqtidarda qalması məsələsində zəmanət əldə etməyə çalışan İranın rolunu azaltmaq.

“Rusiya, Türkiyə və İran Suriya müzakirələri başlamazdan əvvəl yanvarın 23-də Astanada, fevralın 9-da Cenevrədə tərəfləri müzakirə masasına oturtmaq üçün və yeni diplomatik fiyaksonun yaşanmasının qarşısını almaq üçün danışıqları aktiv şəkildə davam etdirir”, - müəllif qeyd edir.

Məqalədə həmçinin vurğulanır ki, Rusiya ilə Türkiyə arasındakı siyasi yaxınlaşma kiritik bir önəm qazandı. Moskva və Ankara Suriyada İŞİD-lə mübarizəni ilk dəfə hərbi müttəfiqlik səviyyəsində həyata keçirdi.

Suriyada irəliləyən Türk tankları. Mənbə:AA
Suriyada irəliləyən Türk tankları. Mənbə:AA

Bir-biriylə 12 dəfə müharibə aparan iki ölkənin tarixində çox nadir hallarda hərbi müttəfiqlik edilib. Suriyanın şimalından gələn açıqlamalar isə gözlənilməz oldu. İŞİD-in əlindəki Əl-Bab şəhərində hərbi əməliyyat keçirən Türkiyə Silahlı Qüvvələri dekabr ayının sonlarından etibarən Rusiya Hərbi-Kosmik Qüvvələri tərəfindən mütəmadi dəstək almağa başladı.

Türkiyə NATO-ya üzv ölkədir. Məntiqlə Suriyada fəaliyyət göstərən ABŞ Türkiyəyə hərbi əməliyyatlarda dəstək verməli idi. Ancaq bu məsələdə problemlər oldu. Türkiyə hökuməti Əl-babdakı əməliyyatlarda havadan dəstək tələb etsə də ABŞ reaksiya vermədi və Ankara  Vaşinqtona sərt təpgi verdi.

Pentaqon isə ABŞ-ın köməyə hazır olduğunu, ancaq Türkiyədən belə bir tələb gəlmədiyini iddia etdi. Washington Post qəzetinin ABŞ hökumətindəki mənbəsinə istinadən verdiyi xəbərə görə, NATO ölkələri Türkiyəyə İŞİD-lə mübarizədə dəstəyi artırmağa qərar verib. Buna görə ABŞ Suriyanın çimalından Türkiyəyə kəşfiyyat məlumatları vermək üçün havadan kəşfiyyat uçuşları həyata keçirməyə başlayıb.

ABŞ Türkiyəyə hərbi dəstək vermək məsələsində hələ fikirləşərkən Əl-babdakı Türk-Rus əməkdaşlığı konkret olaraq nəticə verməyə başlayıb. Bu arada Rusiya və Türkiyənin zəfər əldə edənə qədər davam etdirməyi planlaşdırdığı Əl-babdakı ortaq əməliyyatı Moskva-Ankara-Tehran üçlüyündə daha çox parçalanma təhdidinə səbəb olub.

Suriyada Türkiyəyə köməyə gələn Rusiya qırıcıları
Suriyada Türkiyəyə köməyə gələn Rusiya qırıcıları

Rəsmi Dəməşqdən dəvət almadan Suriyaya firən Türkiyə Ordusunun bu ölkədə qeyri-qanuni olduğunu bəyan edən İran bu mövqeyindən geri addım atmır.

Rusiya isə bu vəziyyətə fərqli yanaşır. Moskva üçün İŞİD-lə mübarizə ana hədəf olmağa davam edir, ancaq tək prioritet bu deyil. Moskva üçün Ankara ilə qurulan İttifaq ciddi əhəmiyyət daşıyır və bəzi mühüm hədəflərin həyata keçirilməsini təmin edir.