İki ölkə Ermənistanın Qarabağda böyük ordu arzusunu məhv etdi

12 Yanvar, 2017 06:06 | Siyasət | Baxış sayı: 491
KTMT ölkələrinin hərbi texnikası
KTMT ölkələrinin hərbi texnikası

Qazaxıstan və Belarusun Azərbaycanla dost olması İrəvanı KTMT rəhbəri vəzifəsinə mane olub.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi hesab edilən “Stratfor” analitik mərkəzi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin seçilməsinə dair məqalə yayımlayıb.

İstiPress-in məlumatına görə, məqalədə qeyd olunur ki, Belarus və Qazaxıstan Ermənistan nümayəndəsini təşkilatın baş katibi vəzifəsində görməyə hazır deyil.

“2016-cı ildə Qərbdə baş vermiş iqtisadi və siyasi böhran Rusiya üçün yeni perspektivlər açıb. Rəsmi Moskva post-sovet ölkələrində öz təsir gücünü artırdı. Son bir neçə ayda Rusiya Bekarus, Ermənistan, Qazaxıstan və Tacikistan ilə yeni hərbi-siyasi müqavilələr imzaladı. Buna baxmayaraq, Rusiyanın uğuru NATO-ya qarşı yaradılan KTMT-nin uğuru demək deyil”, - Stratfor yazır.

Məqalə müəllifi bildirir ki, KTMT daxilində fikir ayrılıqları hökm sürür. Təşkilata üzv ölkələr artıq iki dəfə baş katibi seçə bilməyib.

“Hələ 2015-ci ildə KTMT-yə üzv ölkələr razılığa gəliblər ki, təşkilata üzv dövlətlərin nümayəndələri 3 ildən bir rotasiya ilə baş katib seçiləcək. Rusiya əlifbasına förə, birinci Ermənistan olmalı idi, yəni ölkələr razılaşıb ki, Nikolay Bordyujanı erməni nümayəndə əvəzləyəcək. 2016-cı ilin oktyabr ayında KTMT-nin İrəvanda keçirilən sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak etmədi, dekabr ayında Sankt-Peterburq şəhərində keçirilən sammitə isə Belarus prezidenti Aleksandr Lukaşenko qatılmayıb. Bəzi məlumatlara görə, onların sammitdə iştirak etməməsi təsadüfi deyil”, - Stratfor-un məqaləsində qeyd olunur.

ABŞ kəşfiyatının kölgəsi bildirir ki, görünür Rusiya Ermənistana söz verib ki, KTMT-nin baş katibi vəzifəsinə təyin ediləcək.

KTMT-yə üzv ölkələr
KTMT-yə üzv ölkələr

“Moskva bu addımla İrəvana dəstək verdiyini təsdiqləyib, halbuki Aprel müharibəsi zamanı neytral mövqe tutmuşdu. Bununla bərabər Belarus və Qazaxıstan Azərbaycanla səmimi münasibətlərə malikdir və bu ölkələrdən heç biri Ermənistan nümayəndəsinin təşkilata baş katib seçilməsinə razı deyil. Yaxın aylar təşkilata yeni rəhbərin seçilməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar KTMT üçün çətin olacaq. Amma Moskva əlindən gələni edəcək ki, mövcud ziddiyətləri yumşaltsın. Rusiya KTMT-yə rəhbər vəzifəsinə Ermənistan nümayəndəsinin yerinə rus namizədi təklif edə bilər”, - Stratfor yazır.

Ötən ilin dekabrında Sankt-Ptereburqda qərar qəbul olunub ki, Nikolay Bordyuja postu tərk etməlidir. Onun yerinə müvəqqəti müavini Valeriy Semerikov təyin edilib. Ermənistanın KTMT-yə baş katib seçilməsində əsas məqsəd Azərbaycana qarşı hərbi təzyiqləri artırmaqdır. Azərbaycan və Ermənistan sərhədində baş verən son döyüşlərdə İrəvan hər vəchlə çalışırdı ki, KTMT-ni bu məsələ qarışdırsın. Amma bu onlarda alınmadı.