Doğmaları rusiyalı səfirin qatilinin meyitinə sahib çıxmadı

12 Yanvar, 2017 11:39 | Siyasət | Baxış sayı: 36
Andrey Karlovun qatili Mövlud Mərd Altıntaş
Andrey Karlovun qatili Mövlud Mərd Altıntaş

O, yiyəsizlər qəbiristanlığında dəfn ediləcək

Rusiyanın Türkiyədəki səfiri mərhum Andrey Karlovun qatili Mövlud Mərd Altıntaşın meyitinin dəfn olunacağı yer artıq bəllidir. Yaxınları Altıntaşın morqdakı meyitindən imtina etdikləri üçün o, yiyəsizlər qəbiristanlığında basdırılacaq.

İstiPress "RİA Novosti"yə istinadən xəbər veriri ki, Altıntaşın nəşindən imtina etmələri barədə məlumatı onun bacısı açıqlayıb. Türkiyədəki qanunvericiliyə görə, yaxınları Altıntaşın meyitini 15 gün ərzində götürə bilərdi. Ancaq artıq 24 gündür ki, meyit morqda imiş.

Hazırda Altıntaşın dəfni ilə bağlı prosedur qaydalar müzakirə olunur. Bundan sonra meyit yiyəsizlər qəbiristanlığının dəfnə məsul nümayəndələrinə veriləcək.