Con Kerri Gürcüstandadır

12 Yanvar, 2017 14:03 | Siyasət | Baxış sayı: 34
ABŞ dövlət katibi Con Kerri
ABŞ dövlət katibi Con Kerri

O, Gürcüstan Xarici İşlər nazirinin müavini ilə görüşüb

ABŞ-ın Dövlət Katibi Con Kerri qısamüddətli səfərlə Gürcüstana gəlib.

İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kerri hava limanında Gürcüstan  Xarici İşlər Nazirinin müavini David Zalkaliani ilə görüşüb.
 
“Görüşdə bir daha Gürcüstan-ABŞ strateji əlaqələrinə toxunulub. Gürcüstan Xarici İşlər nazirinin müavini iki ölkə arasındakı  əlaqələrin möhkəmlənməsində şəxsən Con Kerriyə təşəkkür edib”-deyə Gürcüstan XİN məlumat yayıb.
 
Kerri də öz növbəsində Gürcüstanın demokratiya, siyasət və iqtisadiyyat yolunda uğurla inkişaf etdiyini vurğulayıb.
 
Bundan əvvəl Con Kerri 2016-cı ilin iyulunda Gürcüstana səfər etmişdi. Səfər çərçivəsində iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin inkişafina həsr olunan memorandum imzalanmışdı.