Bakıdan sonra ATƏT İrəvandan da çıxır

12 Yanvar, 2017 12:46 | Siyasət | Baxış sayı: 29
ATƏT
ATƏT

Qurumun İrəvan ofisinin fəaliyyətinin dayandırması barədə məlumat yayılıb

ATƏT-in İrəvan ofisi ətrafında qeyri-müəyyənlik yaranıb. Məlumata görə, ofis Ermənistan paytaxtındakı ofisinin fəaliyyətini dayandırır. İstiPress-in məlumatına görə, bu barədə erməni mətbuatında məlumat yer alıb. Məlumata görə, mandatın artırılmasına dair konsensus əldə edilə bilməyib.

İstiPress-in "Novosti Armeniya"ya istinadla verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi məsələni şərh etməkdən imtina edib.

Analoji vəziyyətin Özbəkistan və Qırğızıstan ofisləri ilə bağlı olduğu da qeyd edilib. 

Mövcud praktikaya əsasən ofisin fəaliyyət mandatı hər il təşkilata üzv ölkələrin konsensusu əsasında uzadılır. 

Ermənistan ATƏT-in ofisi olduğu yeganə Cənubi Qafqaz ölkəsidir. Belə ki, qurumun Tiflis ofisi 2008-ci, Bakı ofisi isə 2015-ci ildə bağlanıb.