ATƏT nümayəndələri cəbhəyə toplaşır

12 Yanvar, 2017 08:30 | Siyasət | Baxış sayı: 21
ATƏT rəsmilərinin avtomobili
ATƏT rəsmilərinin avtomobili

Bu gün təmas xəttində monitorinq olacaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, monitorinqin Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer izləyəcək.