Tsarukyan: "Ermənistan da Qarabağın aqibətini yaşaya bilər"

11 Dekabr, 2020 10:22 | Siyasət | Baxış sayı: 73
Qaqik Tsarukyan
Qaqik Tsarukyan

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyan hesab edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə "ölkə Qarabağın taleyini yaşaya bilər".

İstiPress-in məlumatına görə, bunu o, erməni telekanallarına verdiyi müsahibədə deyib.

“Bu günlərdə vəziyyət çətindir, təhlükəlidir, uçurumdayıq. Beş-altı aydır Qarabağın uçurumun kənarında olduğunu söyləyirəm və Ermənistan haqqında da eyni şeyi deyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır - hökumət getməlidir”, - deyə Tsarukyan bildirib.

Onun sözlərinə görə, ölkəni bu çətin iqtisadi və siyasi böhrandan tam şəkildə çıxara biləcək və eyni zamanda danışıqlar apara biləcək birinə ehtiyac var: "Əks təqdirdə, Ermənistan da Qarabağın taleyini yaşamalı olacaq".