Hərbi vəziyyətin ləğvi - FƏRMAN İMZALANDI

11 Dekabr, 2020 15:56 | Siyasət | Baxış sayı: 450
Hərbi vəziyyət
Hərbi vəziyyət

Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sənədə əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilir. 

11:51

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda komendant saatının ləğv edilməsi məsələsi müzakirə edilib.

İclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin qərarı olub.

Müzakirələrdən sonra qərar səsverməyə qoyularaq təsdiq edilib.