Hər il Zəfər Günü qeyri-iş günü olacaq

11 Dekabr, 2020 13:02 | Siyasət | Baxış sayı: 233
Şuşada Azərbaycan bayrağı
Şuşada Azərbaycan bayrağı

Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

İstiPress-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.