Daha iki deputat koronavirusa yoluxub

11 Dekabr, 2020 14:37 | Siyasət | Baxış sayı: 147
Milli Məclis
Milli Məclis

Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb.

İstiPress-in məlumatına görə, parlament üzvlərinin bir neçəsinin COVID-19-la bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

Onlar arasında deputatlar Ceyhun Məmmədov və Kamal Cəfərov da var.

Qeyd edək ki, COVID-19-a yoluxmuş bir neçə deputat artıq sağalıb.