"Nobel" də qətliama etirazı - jurnalist mükafatını geri qaytarır

11 Dekabr, 2019 10:44 | Siyasət | Baxış sayı: 51
İsveçli jurnalist Kristina Doctare
İsveçli jurnalist Kristina Doctare

Etiraza Srebrenitsa qətliamını inkar edən yazıçıya mükafat verilməsi səbəb olub

"Nobel" mükafatı ətrafında yaranan qalmaqal davam edir. İsveçin paytaxtı Stokholmda Srebrenitsa qətliamını inkar edən Peter Handkeyə ədəbiyyat üzrə "Nobel" mükafatının verilməsi ciddi etirazlara səbəb olub.

Bosniya-Hersoqovinadakı qətliamı inkar edən avstryalı yazıçı Peter Handkeyə "Nobel" mükafatının verilməsi İsveçin paytaxtında etirazla qarşılanıb. 

Buna etiraz əlaməti olaraq isveçli jurnalist Kristina Doctare 1988-ci ildə BMT-nin "sülhün gücü sağlamlıq" komandasında yer aldığı üçün verilən "Nobel" mükafatını geri qaytarmağa qərar verib. "İsveç Akademiyası ilə qürur duyurdum. Ancaq indi hiss etdiyim yeganə şey utanc və günahkarlıqdır. 27 il öncə soyqırıma şahid oldum".

Xatırladaq ki, mükafatın adıçəkilən şəxsə təqdim edilməsinə Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraz edib. O, bu qərarı insan hüquqularının pozulması kimi qiymətləndirib. "Mənim üçün "Nobel"in heç bir qiyməti yoxdur. "Nobel" özünü bitirdi. Türkiyədə bu mərasimə qatılmayacaq". 

Peter Handkeyə mükafatı təqdim edildi
Peter Handkeyə mükafatı təqdim edildi