Lavrov Trampla nədən danışdı?

11 Dekabr, 2019 08:50 | Siyasət | Baxış sayı: 39
Donald Tramp və Sergey Lavrov
Donald Tramp və Sergey Lavrov

ABŞ və Rusiya rəsmiləri arasında görüş bir saata yaxın davam edib

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib. ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. 

Görüşdən sonra açıqlama verən Lavrov prezidentlə görüşün qarşılıqlı anlaşma atmosferində keçdiyini deyib. Rusiya XİN başçısı Vaşinqtondakı səfirlikdə keçirdiyi mətbuat konfransında tərəflərin bir sıra vacib məsələləri müzakirə etdiklərini deyib.

"Biz ABŞ-dakı daxili vəziyyəti başa düşürük. Amma hər iki tərəf nəticə əldə edə biləcəyimiz sahələrdə çalışmaqda maraqlıdır".

Bundan başqa Lavrov ABŞ prezidenti ilə Fars körfəzindəki böhranın daha da dərinləşməsinin yolverilməzliyi, Tehranla nüvə sazişindən çıxmağı, eləcə də Şimali Koreyaya qarşı sanksiyaları müzakirə edib. 

XİN rəhbəri Rusiya prezidenti Vladimir Putinin Donald Trampa gələn ilin may ayında faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən parada dəvətini də çatdırıb. "Tramp bu məsələyə baxır. Əgər belə imkan əldə edilsə ikitərəfli tamformatlı danışıqlar keçirmək olar". 

ABŞ lideri də rusiyalı nazirlə görüşü "çox yaxşı" adlandırıb. Bu barədə o özünün "Twitter" səhifəsində yazıb. "Çox mövzuları müzakirə etdik, ticarətdən tutmuş, İran, Şimali Koreya, nüvə silahlarına nəzarət, seçkilrə müdaxiləyə kimi. Yaxın gələcəkdə dialoqumuzun davam edəcəyini gözləyirəm".