İcra Hakimiyyətinin şöbə müdiri ölkədən qaçıb? - RƏSMİ

11 Dekabr, 2019 15:57 | Siyasət | Baxış sayı: 495
rafael
rafael

Nərimanov rayon İH-dan cavab verdilər

Nərimanov rayon İcra Hakimiyyəti keçmiş şöbə müdirinin ölkədən qaçması haqda yayılan məlumata münasibət bildirib.

İstiPress-in məlumatına görə, rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bəzi saytlarda Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Rəfail Abdullayevlə bağlı getmiş məlumatlar yanlışdır:

“Abdullayev Rəfail Hüseynqulu oğlu 2017-ci il sentyabrın 13-dən etibarən Nərimanov Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2019-cu il sentyabrın 16-da isə öz xahişi ilə rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hazırda bizdə olan məlumata görə, biznes fəaliyyəti ilə məşğuldur. Saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir”,- deyə İH təmsilçisi “Qafqazinfo”ya açıqlamasında vurğulayıb.