"Sarı jiletlilər"in aksiyası nəticə verdi - maaş 100 avro artacaq

11 Dekabr, 2018 08:55 | Siyasət | Baxış sayı: 68
Fransa prezidentinin müraciəti
Fransa prezidentinin müraciəti

Ölkədə fövqəladə vəziyyət elan edən Makron xalqa müraciət edib

Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Prezident ölkəni cənginə alan "sarı jiletlilər"in aksiyaları ilə bağlı xalqa müraciət edib. 

Makron nümayişlərdəki zorakılıq hadisələrinin də bağışlanmayacağını vurğulayıb. 

Fransanın dövlət başçısı etirazların yanacağın qiymətindəki artımla başladığını, lakin köklərinin daha dərinə getdiyini, ay sonuna çətinliklə çatanların, iqtisadi cəhətdən problemləri olanların varlığının fərqində olduğunu deyib. "Birincisi, bu gün fövqəladə iqtisadi və sosial vəziyyət elan etmək istəyirəm. Biz uşaqlarımızın bizdən də yaxşı yaşayacağı Fransanı qurmaq istəyirik. İndi 40 ilin səhvləri ortaya çıxır". 

Onun sözlərinə görə, bu səhvləri düzəltmək üçün vəzifəyə gəldiyi gündən iş aparır. 

Emanuel Makron söz verib ki, əlavə vergi yükü olmadan 2019-cu ildən aylıq əmək haqqlarında 100 avro artım olacaq. Bundan başqa 2 min avrodan az təqaüd alnaların ödənişlərindən kəsinti də olmayacaq. 

O, hökumətdən və parlamentdən öz işini yenidən qurmağı tələb edib.

Xatırladaq ki, Fransa da "sarı jiletlilər"in nümayaişləri yanacağın qiymətinin artımına etiraz olaraq noyabrın 17-dən başlayıb. Sonradan nümayişçilər sosial problemlərə də diqqəti çəkməyə başlayıblar. Minlərlə insanı küçələrə çıxmasından sonra hökumət güzəştə gedərək gələn il yanacağın qiymətində artım olmayacağını açıqlayıb. Lakin etirazçılar  digər sosial problemlərin də həllini tələb edərək dağılışmayıblar.