Prezident tapşırıq verdi - diplomatlar Tərtərə getdi

11 Dekabr, 2017 10:00 | Siyasət | Baxış sayı: 210
Tərtər
Tərtər

Diplomatlar “Marağa-150” abidəsi ilə yerində tanış tanış olacaqlar

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

Səfər Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən baş tutub. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri  Tərtər   rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və  orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş  “Marağa-150” abidəsi ilə yerində tanış tanış olacaqlar.