Dünya bu uşaqdan danışır

11 Dekabr, 2017 10:50 | Siyasət | Baxış sayı: 453
Dünya gündəminə düşən foto
Dünya gündəminə düşən foto

25 silahlı əsgərin tutduğu uşaq

Dünyanın danışdığı uşağın yeri bilindi. İstiPress-in məlumatına görə, 25-ə yaxın israilli əsgərin saxladığı müsəlman yeniyetmə görüntüsü ilə dünyanın gündəmini tuta bilmişdi.

ABŞ prezidenti Donald Trampın qərarından sonra Fələstin küçələri etirazçılarla dolub. Bütün dünyanın diqqətinin Qüds, Fələstində olduğu bir zamanda aksiyalarda çəkilən foto damğa vurub. 

Görüntüdə 25-ə yaxın başdan-ayağa kimi silahlanmış israilli əsgərin bir yeniyetməni gözləri və əlləri bağlı şəkildə saxladıqları görünür. Adının Fevzi Əl-Cunidi olduğu bilinən yeniyetmə dik və qorxusuz, İsrail əsgərləri isə təşvişli, narahat halları ilə diqqətdən qaçmayıblar. Yeniyetmə Beytullahim yaxınlarındakı bir həbsxanaya yerləşdirilib.

Cunidinin ailəsinin sözlərinə görə, bir necə gün ondan xəbər ala bilməyiblər. Əmisinin sözlərinə görə, həmin gün yeniyetmə dərman almaq üçün evdən çıxıb. "Bir fotoya baxmaq insanların ürəyini bu qədər ağrıdırsa, onun yaxınlarının vəziyyətini düşünün. Silahsız bir uşağı cinayətkar kimi yaxalayıb, aparırlar. Onu görməyimizə belə icazə vermirlər. Biz Fələstin övladlarıyıq, bu qərara əsla razı olmayacağıq".