Astanada Heydər Əliyev muzeyi açıldı

11 Dekabr, 2017 09:18 | Siyasət | Baxış sayı: 28
H.Əliyev muzeyi
H.Əliyev muzeyi

Astanada ümummili lider Heydər Əliyevin adını daşıyan muzeyi açılıb. Açılış Azərbaycanın Qazaxıstandakı səfirliyində keçirilib.

Tədbir iştirakçıları muzeydə ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərin sərgisi ilə tanış olublar.

Muzeydə sərgilənən foto və eksponatlar ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığını, dünya siyasətindəki yerini və rolunu, türk dünyası qarşısında misilsiz xidmətlərini, Azərbaycandakı tarixi xilaskarlıq missiyasını tərənnüm edir.