İstanbul terrorunu PKK öz üzərinə götürdü (VİDEO)

11 Dekabr, 2016 20:45 | Siyasət | Baxış sayı: 93
PKK terrorçuları
PKK terrorçuları

İstanbulda 38 nəfərin ölümü ilə nəticələnmiş terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.

İstipress.com-un məlumatına görə, bu barədə “Kürdüstanın azadlıq şahinləri” qrupunun saytında məlumat verilib. Məlumatda bildirilir ki, İstanbulda futbol stadionuna terror hücumu zamanı təşkilatın iki üzvü həlak olub.

“Kürdüstanın azadlıq şahinləri” qrupu Kürdüstan Fəhlə Partiyasından (PKK) ayrılmış radikal terror qruplaşmasıdır. Qrupun müstəqil fəaliyyəti Türkiyə hakimiyyəti ilə dinc danışıqlardan imtina etməsi ilə bağldır. 

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

Bu arada sosial şəbəkədə canlı bombanın özünü partlatdığı anın görüntüləri yayılıb:  

İstanbulda terrorun baş verdiyi an