Elmar Məmmədyarov: "Sənədlər artıq masanın üzərindədir"
"Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla növbəti görüşümüzün dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilməsi planlaşdırılır".
İstiPress-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, həmin vaxt Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası olacaq və Zöhrab Mnatsakanyanla görüşün bu toplantı çərçivəsində baş tutacağı gözlənilir: "Lakin bununla bağlı danışmaq bir qədər tezdir. Görüşün yeri və tarixi dəqiqləşəndən sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik".
E.Məmmədyarov bildirib ki, Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iddialarına və açıqlamalarına dərhal reaksiya verir: "Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk. Onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir.
Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istəyərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirək. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki sənədlər artıq masanın üzərindədir".
Avropada Ermənistanla bağlı ciddi məyusluq yaranıb
İlham Əliyev ümumilli lider heydər Əliyevin xatirəsini anıb
Əmircanda bələdiyyə sədrinin ailəsi və yaxın qohumlarından 8 namizəd var
O, Novodeviçi qəbiristanlığında, Sergey Mixalkovun məzarının yanında dəfn olunub
Anım saatları günün sonunacan davam edəcək.