Ucqar dağ kəndində keçirilən polis tədbiri

11 Noyabr, 2017 18:18 | Siyasət | Baxış sayı: 300
Quba rayonu
Quba rayonu

Daxili İşlər Nazirliyi (DİN) ucqar dağ kəndində maarifləndirici tədbir keçirib.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Böyük Muruq kənd tam orta məktəbində yerli icra nümayəndələrinin, məktəbin pedaqoji heyəti, kənd sakinləri, yuxarı sinif şagirdlərinin, valideynlərin iştirakı ilə “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar”, “Dini radikalizm cəmiyyət üçün təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs öz uğurlu qələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Cünki sağlam gələcək məhz muasir təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır.

“Dini radikalizm cəmiyyət üçün təhlükədir” mövzusunda danışarkən RPŞ-nin rəisi, hər kəsin dini inancları olduğunu və hər bir şəxsin buna hörmətlə yanaşmalı olduğunu bildirib. Daha sonra erkən nigahlar haqqında çıxış edən Z.Bədəlov erkən nigahın doğurduğu mənfi cəhətləri və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.

Tədbirdə iştirak edən valideynlər də bunun fəsadları haqda məlumat verərək, övladlarının həyatında təhsilin önəmi haqda fikirlərini bildiriblər. Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.