"Qızıl qəfəsdə"ki milyarderlərdən ilk selfi FOTO

11 Noyabr, 2017 09:40 | Siyasət | Baxış sayı: 330
Şahzadələrin selfisi
Şahzadələrin selfisi

Şahzadələrin həbsxana fotosu yayılıb

Səudiyyə Ərəbistanında həyata keçirilən genişmiqyaslı korrupsiya əməliyyatları zamanı saxlanılan milyarder şahzadələrin "qızıl qəfəs"dən yeni görüntüləri yayılıb. İstiPress-in məlumatına görə, bu dəfə şahzadələr, iş adamları özləri selfi çəkərək yayıblar.

Paylaşılan fotoda dünyanın ən varlı adamları sırasında olan şahzadə əl-Valid bin Talal və kral ailəsinin mühafizəsinsən məsul olan keçmiş nazir Mutain bin Abdullah əks edilib. Onların bütün müştərilərin üzünə bağlanaraq şahzadələr üçün həbsxanaya çevrilən "Ritz Carlton" otelində olduğu açıq-aydın görünür.

Görünüşə görə, öyrəşdikləri lüks həyat şəraitindən uzaq qalsalar da onların kefi kökdür. Şahzadələr otelin böyük salonunda bütün saxlanılanlarla birlikdə qalırlar. Onlardan bəziləri divanlarda, bəziləri isə nazik döşşək və adyaldan olan yer yatağında yatır, xüsusi qablarda verilən hazır yeməkləri yeyirlər. 

Bir neçə gün öncə milyonçu ərəblərin həbs həyatından ilk görüntüləri də sosial şəbəkələrdə yayaılmışdı. Vİdeoda saxlanılan şəxslər üzlərinin görünməməsi üçün adyalları ilə hər yerlərini örtmüşdülər.