Putin və Tramp Suriya ilə bağlı razılığa gəldi

11 Noyabr, 2017 13:30 | Siyasət | Baxış sayı: 109
Rusiya və ABŞ prezidentləri
Rusiya və ABŞ prezidentləri

Tərəflər İŞİD-a qarşı birgə mübarizəni davam etdirəcəklər

Rusiya və ABŞ prezidentləri Suriya haqqında razılığa gəldilər. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Vladimir Putin ilə Donald Tramp Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı (APEC) sammitində bir araya gəliblər. Bu barədə liderlərin birgə bəyanatında bildirilib. 

Tərəflər İŞİD-a qarşı birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər. Bəyanatda onlar həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması, suverenliyi və vahidliyini qeyd ediblər. 

Prezidentlər qeyd ediblər ki, Suriya münaqişəsinin silah yolu ilə həlli yoxdur, onun həlli Cenevrə prosesi çərcivəsində tapılmalıdır.