Prezident İlham Əliyev marketdə FOTOLAR

11 Noyabr, 2017 08:59 | Siyasət | Baxış sayı: 886
Prezident marketdə
Prezident marketdə

Dövlət başçısı şirniyyat dadıb

Ötən gün Gəncəyə səfər edən prezident İlham Əliyev alış-veriş mərkəzini gəzib. İstiPress-in məlumatına görə, dövlət başçısı “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub.

İ.Əliyev ticarət mərkəzindəki “Bravo” supermarketində olub. Məhsullarla tanış olan prezident şirniyyatın dadına da baxıb.

“Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Mall”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.