Ermənistan ordusunun yeni problemi

11 Noyabr, 2017 16:54 | Siyasət | Baxış sayı: 487
Ermənistan ordusunun muzdlu əsgərləri
Ermənistan ordusunun muzdlu əsgərləri

Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı yaşanır. 

İstiPress-in məlumatına görə, bu günlərdə Ermənistan müdafiə nazirliyinin daha bir zabiti barədə rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.

Yerevan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya muzdlu kimi yenidən qayıtmaq üçün 3.000 ABŞ dolları məbləğində rüşvət tələb olunub. Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.

Fakt sübuta yetirilərsə H.Levonyan uzun illər “xidmətini” dəmir barmaqlıqlar arasında davam edəcək.