Ermənilər əsgərləri öldürüb günahı Azərbaycanın üstünə atdılar

11 Noyabr, 2017 11:40 | Siyasət | Baxış sayı: 415
Erməni əsgərin əşyaları
Erməni əsgərin əşyaları

Cəbhədə ölən iki "bronjiletli" hərbçinin qətlə yetirildiyi üzə çıxıb

Ermənistan ordusunda daha iki əsgərin öldürülməsi faktı gizlədilib. İstiPress-in məlumatına görə, işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgər xidmət yoldaşları tərəfindən qətlə yetirilib. 

Hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının qarşı tərəfdən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi “bronejiletdə" olublar. 

Lakin baxış zamanı ölənlərin hər ikisinin "bronejiletlərinin" zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəmnində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir.

Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur. Hər iki insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2017-ci ilin  yanvar-oktyabr ayları ərzində rəsmi açıqlamalar görə, Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölən və 88 nəfər yaralananan var. Lakin müstəqil mənbələr bu rəqəmilərin 2-3 dəfə çox olduğunu bildirirlər.