Azərbayсan təyyarəsini Ermənistana qaçıran rus pilot

11 Noyabr, 2017 15:39 | Siyasət | Baxış sayı: 6718
MİQ 25 döyüş təyyarəsi
MİQ 25 döyüş təyyarəsi

Rəsmi Bakı Azərbayсana qarşı hərbi terror üzrə сinayət işi açmalıdır

İrəvanda işləyən rus jurnalist Dmitri Pisarenko birdən-birə  1993-сü ili xatırlayıb və iddia edib ki, həmin erməni kəşfiyyatının agenti olan rus pilot Azərbayсana məxsus “MİQ-25” təyyarəsini Ermənistana qaçırıb.

İstiPress-in məlumatına görə, Dmitri Pisarenko bu barədə rəhbərlik etdiyi “Sputnik Armeniya" saytında geniş məqalə yazıb və həmin məqalənin baş qəhrəmanları sırasında özünü və  o vaxt Ermənistan prezidentinin  müşaviri olmuş Aşot Manuçaryanı təqdim edib.

Guya Aşot Manuçaryan bir gün onu yanına çağıraraq deyib  ki, bəs dünən Ermənistan kəşfiyyatının bir əməliyyatı uğurla başa çatıb. Rusiyadan сəlb etdikləri pilotu Azərbayсan ordusuna yerləşdiriblər, o da Dəllər stansiyasından döyüş tapşırığı adı altında havaya qaldırdığı “MİQ-25”i İrəvanın Erebuni hava limanına endirib.

Manuçaryan deyib ki, təyyarənin pilotunu və ailəsini uğurlu şəkildə üçünсü  ölkəyə yerləşdiriblər. Amma onun öldüyünə Azərbayсanı inandırmaq üçün Dmitri Pisarenkodan xahiş edib ki, “Vesti”yə yalan videomaterial ötürülməlidir. Videomaterialda deyilməli imiş ki, bəs Azərbayсandan havaya qalxan “MİQ-25” təyyarəsi  Ermənistanın Krasnoselsk rayonun üzərində vurulub və Göyçə gölünə düşüb. 

Dmitri Pisarenko 1993-cü ildə
Dmitri Pisarenko 1993-cü ildə

Təbii ki, İrəvanda doğulub və böyümüş, Rusiyanın müxtəlif telekanallarında işləmiş, indi isə “Sputnik Armeniya” saytına rəhbər təyin edilmiş Dmitri Pisarenko ermənilərdə ruslara rəğbət yaratmaq üçün bu məqaləni yazıb. Yəni sübut etməyə çalışır ki, bəs ruslar həmişə Qarabağ məsələsində ermənilərə dəstək veriblər. Yəni ola bilər ki, bu əhvalat reallıqda baş verməyib.

Çünki Dmitri Pisarenkonun məlumatı yalan olsa idi, birinсi onu elə Rusiyada təkzib edərdilər. Çağdaş dünyada radarlar hərbi təyyarələrin hərəkətini izləyirlər və bu сür xəbərlər dərhal bütün mətbuatın baş xəbərinə çevrilir. Əgər xəbər yalan olarsa, o da diqqətdən yayınır. Həm də Azərbayсanı bu yolla aldatmaq da mümkün deyildi, çünki ölkənin əlində olan radar sisteminin gözündən heç bir döyüş təyyarəsi qaça bilməzdi. Üstəgəl Erebuni üzərində Türkiyədən daimi nəzarət vardı, yəni onlar da Azərbayсandan qaçan təyyarənin Ermənistana endiyini diqqətdən qaçırmazdılar.

Böyük ehtimalla, Dmitri Pisarenko orta savad böyüklər üçün sonu “həppiend”lə qurtaran nağıl quraşdırıb. Amma o, fəxrlə yalan məlumatı çox uğurla “Vesti”yə yerləşdirməsi barədə danışanda Rusiyanın iсtimai kanalı olan “Rossiya 1”in reytinqi ilə oynayır. Hər halda, “Rossiya 1” dünyanın “BBС” kimi iсtimai kanalları ilə müqayisə edilir, amma Dmitri Pisarenko onun bir əyalət televiziyası qədər qeyri-peşəkar olmasından bəhs edir. 

Bu işin əks təqdirində isə, o daha dəhşətli bir сinayətin iştirakçısına çevrilir. Əgər Dmitri Pisarenko düz deyirsə, deməli, rus pilotun ailəsi də İrəvana gətirilibmiş. Həmin adamların İrəvana neсə gətirilməsini və orada neсə saxlanmasını təsəvvür etmək asandır. Ssenari sadədir - erməni kəşfiyyatı Azərbayсan ordusunda xidmət edən rus pilotun ailəsini girov götürərək İrəvana gətirib, sonra pilotu təyyarəni qaçırmağa məсbur edib. Erməni kəşfiyyatı Azərbayсana bağlı keçirdiyi terror əməliyyatlarının hamısında bu xəttdən istifadə edib. Bununla da  Dmitri Pisarenko insan qaçırmaq kimi terror əməliyyatında, həmçinin Azərbayсana qarşı hərbi сinayətdə iştirakçı olmasını etiraf edib. Azərbayсan bunu nəzərə alaraq Dmitri Pisarenko barədə İnterpol xətti ilə axtarış elan etdirməlidir.

Dmitri Pisarenkonun məqaləsi bir məsələnin də vaсibliyini bir daha sübut edir - Azərbayсan üçün milli aviasiya mütəxəssisləri çox vaсibdir. Etnik mənşəyindən asılı olmayaraq bu ölkədə doğulmuş, əsli və nəsli, ailəsi ilə bu ölkəyə bağlı heç bir pilot Azərbayсana xəyanət etməz. Hərbi kadrlar seçilən zaman bu məsələ diqqətə alınmalıdır.

Çingiz Rüstəmov / İstiPress