Obama Paşinyanın sevincini yarımçıq qoydu

11 Oktyabr, 2019 14:24 | Siyasət | Baxış sayı: 291
Barak Obama
Barak Obama

İrəvan konfransına Kardaşyandan başqa gələn tapılmadı

ABŞ-ın keçmiş prezidenti Barak Obama ermənilərin gözlərini yollarda qoyub. İş ondadır ki, Ermənistanın paytaxtı İrəvanda informasiya texnologiyaları ilə bağlı konfrans keçirilib. Tədbirdə ABŞ-ın keçmiş prezidenti Obamanın da iştirakı gözlənilidi. Bu xəbər baş nazir Nikol Paşinyanı çox sevindirib. Bir müddət öncə onu Ağ evin indiki sahibi qəbul etmək istəməyib.

"İndi heç olmasa keçmiş prezidentlə tanış olaram", deyə erməni nazir düşünüb. Amma bu dəfə də onun arzusu ürəyində qalıb. Çünki Obama İrəvana gələsi olmayıb. Təşkilatçılar bunu onun gərgin iş qrafiki ilə əlaqələndiriblər. “Düşünülmüş hər şeyi reallaşdırmaq olmur”. 

Maaraqlısı odur ki, informasiya texnologiyaları haqqında olan bu tədbirə dünyanın aparıcı şirkətləri də qatılmayıblar. İrəvanda nə "Facebook", nə "Google", nə də "Amazon" nümayəndəsi olub. 

İrvana gələrək ermniləri sevindirən yeganə şəxs isə tanınmış porno ulduz Kim Kardaşyandır. Paşinyan isə onu səmimi formada qarşılayaraq, adəti üzrə selfi çəkdirib.