Bu vəsaitlə rayonda ASAN Xidmət tikiləcək
Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz – “ASAN xidmət”, “ASAN Kommunal” və “ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilib.
Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Xaricdən Paşinyana təsir göstərib sülhdən vaz keçməsini isətyirlər
Elçin Quliyev: Aprel döyüşlərində Azərbaycan sərhədçisi öz ciddi töhfəsini verdi
Mədəniyyət Nazirliyinə tapşırıqlar veriılib
"Konfetlər Ermənistana gömrük rüsumu tətbiq edilməyən 25-50 kq-lıq partiya ilə daxil olub”
67 işçi istefa verəcəyini bəyan edib