Prezident Qubada - açılışlar etdi, pullu yola baxdı YENİLƏNİB, FOTO

11 Oktyabr, 2018 13:35 | Siyasət | Baxış sayı: 297
ABAD Factory
ABAD Factory

Dövlət başçısını birinci xanım Mehriban Əliyeva da müşayiət edir

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin və “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Adıçəkilən müəssisələrin açılışlarında prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. 

ABAD Factory
ABAD Factory
“Qubaekoaqrar” MMC
“Qubaekoaqrar” MMC

Saat 12:49

Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra onlar Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

“Günəş” körpələr evi-uşaq bağçası
“Günəş” körpələr evi-uşaq bağçası
Quba Rayon Mərkəzi Xəstəxanası
Quba Rayon Mərkəzi Xəstəxanası

Saat 12:48

Qubada səfərdə olan prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.

Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmin olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

Saat 10:58

Prezident İlham Əliyev Qubaya səfər edib. Rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.

Prezident İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bundan əlavə lham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Yol açılışı
Yol açılışı