Hindistan ABŞ-ın hədəsinin cavabını verdi

11 Oktyabr, 2018 14:26 | Siyasət | Baxış sayı: 83
S-400
S-400

Trampın "S-400" aldığı üçün hədələdiyi ölkə ABŞ-ı susdurdu

"Hindistan ABŞ-ın hədələrinə baxmayaraq Rusiya ilə hərbi sahədə əməkdaşlığı dayandırmaq niyyətində deyil".  İstiPress-in məlumatına görə, ölkə rəsmiləri "S-400" raket kompleksi almaq istədikləri üçün Hindistanı hədələyən ABŞ prezidenti Donald Trampın cavabını veriblər. 

Bu barədə ölkənin hərbi-sənaye sektorundakı mənbə məlumat verib.

Xatırladaq ki, oktyabrın 5-də Hindistan iklə Rusiya arasında dəyəri 5,43 milyard dollar olan kompleksin alqı-satqısı ilə bağlı razılıq əldə edilib. Hindistan Türkiyə və Çindən sonra "S-400" alacaq üçüncü ölkə olacaq. 

Türkiyədən sonra Hindistanın da Rusiya istehsalı olan "S-400" raket kompleksini almaq qərarı ABŞ-ı hiddətləndirib. ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Hindistanın Rusiyadan "S-400" zenit-raket kompleksi alınmasına görə ölkəsinin hazırladığı cavab tədbirlərini görəcəyini deyib. 

"Hindistan biləcək. Siz düşündüyünüzdən də tez görəcəksiniz", deyə o bildirib.