Cərimələrin 5 dəfəyədək artırılması nəzərdə tutulub - Nazir müavini

11 Oktyabr, 2018 16:57 | Siyasət | Baxış sayı: 197
Firdovsi Əliyev
Firdovsi Əliyev

Qərarla bağlı məlumat yaxın zamanlarda mətbuatda dərc olunacaq

"Yaşıllıqlara vurulan zərərlə bağlı cərimələrin miqdarının 5 dəfəyədək  artırılması nəzərdə tutulub".

İstiPress-in məlumatına görə, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib. Bildirib ki, qərarla bağlı məlumat yaxın zamanlarda mətbuatda dərc olunacaq:

"Meşə yanacaq, odun mənbəyi deyil. Ölkədə sürətli qazlaşma gedir ki, bu da meşələrimizin inkişafında mühüm rol oynayır. 

Ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi halları ilə bağlı sərt tədbirlər görüləcək".