Azərbaycanın şimal qonşusunun silahı yenə ABŞ-ı özündən çıxardı

11 Oktyabr, 2018 09:17 | Siyasət | Baxış sayı: 139
"S-400"
"S-400"

Tramp bu dəfə "S-400"ə görə Hindistanı hədələdi

Türkiyədən sonra Hindistanın da Rusiya istehsalı olan "S-400" raket kompleksini almaq qərarı ABŞ-ı hiddətləndirib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Hindistanın Rusiyadan "S-400" zenit-raket kompleksi alınmasına görə ölkəsinin hazırladığı cavab tədbirlərini görəcəyini deyib.

"Hindistan biləcək. Siz düşündüyünüzdən də tez görəcəksiniz", deyə o jurnalistlərin Hindistana qarşı hansı tədbirləri görülə biləcəyi barədə sualına cavabında deyib. 

Xatırladaq ki, "S-400" raket kompleksi dünyanın ən güclü hərbi texnikalarından biri hesab edilir. Ötən il Türkiyə adıçəkilən kompleksin alışı ilə bağlı Rusiya ilə razılığa gəlib. Türkiyənin bu qərarı ABŞ və NATO-nu hiddətləndirib, adıçəkilən qurumun dəfələrlə xəbərdarlıq, hətta təhdid etməyinə baxmayaraq ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan alqı-satqının baş tutacağını bildirib. "S-400" kompleksi Türkiyəyə gələn il çatdırılmalıdır. 

Hindistanın Quru qoşunları qərargahının rəhbəri Bipin Ravat isə bir neçə gün öncə "New Indian Express"ə açıqlamasında Vaşinqtonun "S-400" alışına görə ölkəsinə qarşı sanksiyalar tədbiq etmək qabiliyyətində olduğunu bildiklərini deyib. "Amma buna baxmayaraq Hindistan bundan sonra da müstəqil siyasət yürütmək niyyətindədir".