Aprel şəhidinin minaya düşən qardaşının vəziyyəti ağırdır

11 Oktyabr, 2018 16:18 | Siyasət | Baxış sayı: 144
mina partlayışı
mina partlayışı

Hadisə bu gün baş verib

Tərtər rayonunda minaya düşən 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlunun vəziyyəti ağırdır.

İstiPress-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, A.Həsənovun sol ayağı amputasiya olunub. Onun sağ baldırının arxa səthinin geniş cırılmış yarası da var.

Hadisə bu gün baş verib və bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.