ABŞ Paşinyanın kefinə soğan doğradı

11 Oktyabr, 2018 11:13 | Siyasət | Baxış sayı: 361
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri öz kreslosundan məhrum ola bilər

Ermənistanda keçmiş deputatların bir-birini qırdığı bir zamanda ABŞ Paşinyanı hədələyib. O, baş nazir postunu itirə bilər.

Ermənistana quldur Serj Sarkisyan rəhbərlik edəndə o oliqarxlarla münasibət  sistemində balans yaratmışdı. Amma küçə inqilabı olan kimi keçmiş oliqarxlar vakkum şəraitinə düşdülər. Bir müddət öncə birdən-birə iki keçmiş deputat – Karo Karapetyan və Argyun Karaqezyanın ölümü buna əyani sübutdur. Onların hər ikisi “Çiçəklənən Ermənistan” partiyasından idilər və heç vaxt hakimiyyətin, şəxsən Sarkisyanın təyin etdiyi xəttən kənara çıxmırdılar. 

Bu gün hər bir siyasətçi, istər indiki, istər keçmiş olsun öz problemlərini öz bildiyi yolla, yanaşması ilə həll edir. Nəticədə qanlı toqquşmalar meydana çıxır. Görünüşə görə belə toqquşmalar hələ davam edəcək.

Nikol Paşainyan gələn həftə - oktyabrın 16-da istefa verəcək. Növbədənkənar parlament seçkiləri isə 9-10 dekabrda olacaq. Amma istefaya baxmayaraq Paşinyan iddia edir ki, baş nazir səlahiyyətlərini icra etməyə davam edəcək. “İravunq” qəzetinin yazdığına görə, ABŞ-dan gəlkən bir xəbər onun kefinə soğan doğrayıb. Baş nazirə okeanın o tayından açıq şəkildə izah edilib ki, katalikos  II Qaragenə qarşı olan təbliğatı dayandırmalı və bu kampaniyanı dəstəkləməkdən əl çəkməlidir. Onun qarşısında aydın tapşırıq qoyulub -  kilsəyə hücumları tamamilə dayandırmaq. Əks halda öz postundan devriləcək. Vaşinqtondan bu formada təhdid gəlib. 

Paşinyandan əlbətdə ki, ABŞ-ın əmrinə qarşı çıxmayacaq. Katalikosa qarşı çıxan, baş nazirin də dəstəklədiyi “Yeni Ermənistan” hərəkatı isə hakimiyyətin dəstəyini itirəcək.