Prezident Rusiyaya getdi

11 Oktyabr, 2017 11:58 | Siyasət | Baxış sayı: 73
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

İlham Əliyev Soçidəki iclasa qatılacaq

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya səfər edib. Dövlət başçısı MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçi şəhərinə gedib. 

Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün keçiriləcək sammitdə dövlət başçıları əvvəlcə məhdud, daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar.