Nazir mahnı oxudu, prezident ritm tutdu VİDEO

11 Oktyabr, 2017 09:28 | Siyasət | Baxış sayı: 439
Serbiyada Ərdoğanın şərəfinə ziyafət
Serbiyada Ərdoğanın şərəfinə ziyafət

Prezidentə qeyri-adi "salamlama"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiya səfəri maraqlı anlarla yadda qalıb. İstiPress-in məlumatına görə, günün ən qeyri-hadisəsi prezidentin şərəfinə Belqradda təşkil edilən ziyafətdə olub.

Ölkənin xarici işlər naziri  İvitsa Daçiç yeməkdən sonra süfrə başında Balkanların ənənəvi mahnısı olan "Osman Ağa"nı türk dilində ifa etməyə başlayıb. Nazir mikrafonu əlinə alaraq Türkiyə prezidentinin xanımı, eləcə də Serbiyanın dövlət başçısı Aleksandr Vuçiçlə həyat yoldaşı Tamaranın əyləşdiyi masaya yaxınlaşıb. Nazir qonaqpərvərliklərini bu yolla nümayiş etdirmək istəyib. 

Nazir oxuyan zaman isə başda prezidentlər və birinci xanımlar olmaqla, salondakılar əl çalaraq ritm tutublar. 

Lakin nazirin ifası bununla bitməyib. Türk dilində oxuyandan sonra  Daçiç daha bir məşhur mahnılarını -  "Milyatska"nı da oxuyub.

Xarici işlər naziri İvitsa Daçiç
Xarici işlər naziri İvitsa Daçiç