Elçibəyin qardaşı öldü

11 Oktyabr, 2017 11:16 | Siyasət | Baxış sayı: 140
Almurad Əliyev
Almurad Əliyev

Almurad Əliyev uzun müddət xəstə olub

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib. İstiPress-in sosial şəbəkələrə istinadla verdiyi məlumata görə, A.Əliyev bu gün səhər dünyasını dəyişib. Onun 83 yaşı var idi.

O, uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.

A.Əliyev Ordubad rayonunun Kələki kəndində anadan olmuşdu. 

Allah rəhmət eləsin!