Azərbaycanlı səfir YUNESKO-dan əl çəkdi

11 Oktyabr, 2017 08:55 | Siyasət | Baxış sayı: 78
Polad Bülbüloğlu - Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu - Azərbaycanın Rusiyadakı səfiri

Polad Bülbüloğlu direktor postuna namizədliyini geri götürüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb. İstiPress-in məlumatına görə, quruma rəhbər təyin etmək üçün oktyabrın 9-da səsvermənin ilk turu keçirilib. Lakin səsvermə nəticəsiz başa çatıb.

Azərbaycanlı səfri də müvafiq addımı birinci turdan sonra atıb. 

YUNESKO-nun İcraiyyə Şurası yeni baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd səs çoxluğuna nail ola bilməyib.

Baş direktor vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olmalıdır. 

YUNESKO-nun yeni baş direktoru vəzifəsinə əvvəlcə 9 nəfərin namizədliyi irəli sürülmüşdü. Lakin sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb.