Tramp ABŞ-ın yeni gizli silahından danışıb

11 Sentyabr, 2020 11:26 | Siyasət | Baxış sayı: 68
Donald Tramp
Donald Tramp

Birləşmiş Ştatlar heç kimin bilmədiyi silah sistemlərinə malikdir.

İstiPress-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Miçiqan ştatına uçuşdan əvvəl  jurnalistlərə bildirib.

Dövlət başçısına Amerika jurnalisti Bob Vudvordun nəşrə hazırlanan "Rage" ("Qəzəb") kitabındakı iddiaları şərh etməyi xahiş ediblər. Nəşr həmçinin Trampla Vudvordun 18 eksklüziv müsahibəsinə əsaslanır. 

Jurnalistin sözlərinə görə, ABŞ prezidenti onunla söhbətlərdə bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çinin malik olmadığı yeni nüvə silah sistemini hazırlayıb.

"Bizdə əla silah var. Xeyr, mən məxfi (informasiya) haqqında danışmıram, mən o haqda danışıram ki, biz  yaratdıq. Biz əla silahlar yaradırıq. Bizim Hərbi Qüvvələrimiz nə vaxtsa olduğundan daha güclüdür. Biz son 3,5 il  ərzində Silahlı Qüvvələrimizə 2,5 trilyon ABŞ dolları xərclədik.

İndi bizdə yeni raketlər var.  Ümid edirəm, bizə heç vaxt ondan istifadə etmək lazım gəlməyəcək, amma nüvə  (silahımız-red) indi son onilliklər ərzində ən yaxşı vəziyyətdədir",- Tramp bununla bağlı  suala cavab verib.

"Bizdə heç kimin bilmədiyi bəzi sistemlər var. Düzünü desək, mənə elə gəlir ki, belə davam etsə, daha yaxşı olacaq. Bizdə bəzi inanılmaz sistemlər var", - Ağ Evin başçısı davam edib.