Tramp yenə hamını şoka saldı - Boltonu işdən çıxarıldı

11 Sentyabr, 2019 09:41 | Siyasət | Baxış sayı: 93
Con Bolton
Con Bolton

"Mən onun təkliflərinin çoxu ilə razı deyildim"

ABŞ prezidenti Donald Trampın ən yaxın adamlarından biri olan milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə  müşaviri istefaya göndərən Tramp özü "Twitter" səhifəsində məlumat verib. 

"Dünən axşam Boltona məlumat verdim ki, artıq Ağ evə onun xidmətləri tələb edilmir. Mən admnistrasiyadakı bir çox insan kimi onun bir çox təklifləri ilə qətiyyən razı deyildim.Bunun üçün də istefa ərizəsini yazmasını dedim. O, bu gün səhər bunu etdi. Cona xidmətləri üçün çox minnətdaram". 

Tramp yeni müşavirin adını gələn həftə açıqlayacağını deyib. 

C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışırdı,