İrandan Bolton açıqlaması

11 Sentyabr, 2019 10:43 | Siyasət | Baxış sayı: 80
İran bayrağı
İran bayrağı

"Təzyiq strategiyasının çökməsidir"

Amerika prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefası ABŞ-ın Tehrana təzyiq siyasətinin çökməsindən xəbər verir. İranın dövlət başçısı Həsən Ruhaninin köməkçisi Hesaməddin Aşna belə hesab edir. 

Prezidentin müşaviri bu barədə "Twitter" hesabında yazıb. "Boltonun istefası sadə hadisə deyil. Bu ABŞ-ın İranın maksimum konstruktiv müqavimətinə təzyiq strategiyasının tam çökməsidir".

Xatırladaq ki, Donald Tramp fikirləri üst-üstə düşmədiyi üçün C.Boltondan istefa ərizəsi yazmasını istədiyini deyib. Bolton isə özünün işdən getmək üçün prezidentə müraciət etdiyini deyib.