Erməni deputat Paşinyandan küsüb getdi

11 Sentyabr, 2019 15:06 | Siyasət | Baxış sayı: 75
Ermənistan parlamenti
Ermənistan parlamenti

"Yeni siyasi sistemə ehtiyac var”

"Maariflənmiş Ermənistan" fransiyasından olan deputat Aram Babacanyan ölkə parlamentini tərk etdi. Həmişəlik.  Buna səbəb isə onu siyasi vəziyyətdən məyus olmasıdır. 

“Mən əminəm ki, Ermənistan məxməri adlandırılan inqilabdan sonra tamamilə yeni siyasi sistemə ehtiyac duyur”. O, qeyd edib ki, son il yarım ərzində yeni hakimiyyət nə siyasi, nə də iqtisadi sahədə olan problemlərdən birini belə həll etməyi bacarıb.

Qeyd edək ki, Babacanyan dəfələrlə deyib ki, Ermənistan öz maraqlarını Rusiyanın xeyrinə qurban verir. "Dərhal ölkənin xarixi siyasət strategiysına yenidən baxmaq lazımdır".