İrəvanda Naxçıvandan hücum həyəcanı - Moskvaya qaçırlar

11 Sentyabr, 2018 20:45 | Siyasət | Baxış sayı: 1894
Azərbaycan ordusu Naxçıvanda təlim zamanı
Azərbaycan ordusu Naxçıvanda təlim zamanı

Paşinyan Rusiyaya uçaraq Putinin qarşısında diz çökməyə qərar verdi

Rusiyada dərc olunan ermənipərəst KİV-lər və bəzi erməni portalları Türkiyənin Naxçıvanda hərbi baza yaratmaq niyyəti barədə eninə-boluna  materiallar dərc edirlər.

İstiPress-in məlumatına görə,  hər şey Türkiyənin “Sözcü” qəzetinin əməkdaşı Zeynəb Gürcanlının müxalifət yönümlü və elə də səhih olmayan məqaləsindən qaynaqlanır. Ərdoğan hökumətinin müttəfiqləri qarşısında səhvlər buraxdığını söyləyən jurnalist Türkiyənin Naxçıvanda hərbi baza qurmaq planlarından bəhs edir və iddia edir ki, bu məsələ Türkiyənin yenicə dostlaşdığı Rusiya ilə arasını aça bilər.

Rusiyanın “Regnum” portalının ermənipərəst şərhçisi Stanislav Tarasov bəzi Azərbaycan KİV-lərinə və politoloqlarına istinadən bu addımın İranla mübarizə fonunda ABŞ tərəfindən dəstəklənəcəyini iddia edir. Həm də xatırladır ki, bəzi erməni ekspertlər növbəti Qarabağ müharibəsində Azərbaycanın həm də Naxçıvan və Gədəbəyədən hücum edəcəyini vurğulayıblar.

Yəni Türkiyənin Naxçıvanda bərqərar olması  ehtimalı ermənilərin qorxu dolu proqnozlarını daha da artırır. Məsələn, erməni müharibə veteranı Vova Vartanov Azərbaycanan Naxçıvan və Gədəbəydən hücum edərək Göyçə və Dərələyəzi götürəcəyini iddia edirdi. Vova Vartanov hətta Paşinyana Naxçıvana hücüm etməyi məsləhət görürdü. Təbii ki, Rusiya və Türkiyə arasında bağlanmış Qars müqaviləsindən xəbəri olan ermənilər bunun Türkiyənin münaqişəyə müdaxiləsi ilə nəticələnəəcyini başa düşürlər və bu da İrəvanda şəhərin Naxçıvandakı Azərbaycan ordusu tərəfindən işğal edilə biləcəyi ilə bağlı həyəcanı artırır.

Göyçə, Dərələyəz və Şəmşəddinə hücum planı
Göyçə, Dərələyəz və Şəmşəddinə hücum planı

Təbii ki, bu iddiaların heç biri Azərbaycandakı reallıqları əks etdirmir. Azərbaycan öz ərazisində heç bir dövlətin - nə Rusiyanın, nə ABŞ-ın, nə də təbii ki, Türkiyənin hərbi bazasının yerləşdirilməsinə razılıq verməyəcək. İndiki reallıqlar  Azərbaycanın Naxçıvandan İrəvana hücum etməsini də əlverişli göstərmir. Həm də beynəlxalq konyuktura imkan verərsə Azərbaycan hərbi gücünün cüzi bir hissəsi ilə Ermənistan ordusunu işğal edilmiş ərazilərdən çıxara bilər.

Bəs, o zaman niyə bəzi erməni KİV-ləri və Rusiyanın ermənipərəst şərhçiləri Ermənistana qarşı bu Naxçıvan hədə-qorxusunu təşkil etmişdilər. Bunun cavabını “ArmenianReport”  portalı tapıb. Portalın şərhinə görə, Rusiyadakı erməni lobbisi bu cür hədə-qorxu gəlməklə Nikol Paşiyanın qərb yönümlü jurnalistdən Putinin qulbeçəsinə çevirib.  Bu məsələdə Azərbaycanın KTMT-yə girməsi barədə ekspert müzakirələri də öz işini görüb. Ermənilər iddia ediblər ki, Azərbaycan KTMT-yə girəndən sonra rahat şəkildə Naxçıvandan İrəvana hücum edib şəhəri tuta biləcək və Rusiya bu məsələyə qarışmayacaq, çünki hər iki münaqişə tərəfi KTMT üzvü olduğundan Rusiya tərəf tuta bilməyəcək. Bu isə Paşiyananın Moskvaya qaçaraq Putinin qabağından diz çökməsi, Azərbaycanın KTMT-yə girməsinə mane olmağa çalışması ilə nəticələnib.

Portalın əməkdaşı Tevos Arşakyan hadisələrin bu cür cərəyanını Nikol Paşiyanın siyasi təcrübəsizliyi ilə izah edib: “Görürük ki, qoca İliç (Lenin - red.) bir daha səhv edib, hər mətbəx qulluqçusu dövləti idarə edə bilməz”,- deyə jurnalist təhqiramiz şəkildə Paşiyanı Oktayabr inqilabı ərəfəsində Peterburq evlərində xidmətçilik edən aşbaz qadınlara bənzədib.