Zakir Həsənov İsrailə getdi

11 Sentyabr, 2017 09:37 | Siyasət | Baxış sayı: 159
Zakir Həsənov
Zakir Həsənov

Nazir müdafiə sənayesi müəssisələrində olacaq

Azərbaycan Respublikası müdafiə nazirinin İsrailə rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlkumata görə, general-polkovnik Zakir Həsənovun səfəri İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə başlayıb.

Z.Həsənov Tel-Əviv şəhərinə yola düşüb.

Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.