Saakaşvili Ukraynada - cinayət işi açıldı FOTOLAR

11 Sentyabr, 2017 09:15 | Siyasət | Baxış sayı: 156
Mixail Saakaşvili
Mixail Saakaşvili

O, tərəfdarlarının köməkliyi ilə polis barrikadasını yarıb

Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna ərazisinə keçib. İstiPress-in məlumatına görə, Saakaşviliyə sərhəddi qanunsuz keçmə ittihamı ilə cinayət işi açılıb. Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. 

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko Saakaşvilinin vətəndaşlığını ləğv edib. O isə həftəsonu Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsinə gəlib. Keçmiş prezident məntəqəyə toplaşan tərəfdarlarının köməkliyi ilə polis barrikadasını yararaq ölkəyə keçib. Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib.

Saakaşvili prezident kimi səlahiyyət müddəti bitdikdən sonra 2013-cü ildə Gürcüstanı tərk edib. Bir müddət sonra Ukrayna prezidenti Petro Poroşenko tərəfindən o Odessa şəhərinin quberatoru təyin edilib. Lakin Poroşenko ilə aralarında yaranmış narazılıq fonunda o Ukraynanı da tərk etməli olub. 

Öz ölkəsinin baş prokurorluğu Saakaşviliyə qarşı dövlət əmlakını mənimsəmə haqqında ittiham irəli sürüb və barəsində şifahi həbs qərarı verib. Gürcülər dəfələrlə Ukraynaya onun ekstradisiyası haqqında müarciət etsələr də tələbləri cavabsız qalıb. Rəsmi Kiyev bu barədə tələbin araşdırıldığını deyib.