Prezidentin əfv etdiyi Lapşin niyə intihara cəhd edib?

11 Sentyabr, 2017 15:45 | Siyasət | Baxış sayı: 414
Aleksandr Lapşin
Aleksandr Lapşin

Pentensiar Xidmət açıqlama yaydı

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. 

Azərbaycanın Cinayət Məcəlləsinin 318.2 və 52.1 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmən Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hüquqlarla tam təmin edilib: "Belə ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunan nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib". 

Bildirilib ki, istintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olub, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib: "10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və A.Lapşinə lazımi tibbi yardım göstərilib.

Sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək".