Azərbaycanın düşməni sərxoş prezident

11 Sentyabr, 2017 13:24 | Siyasət | Baxış sayı: 1943
Rusiya OMON-u azərbaycanlıları qeyri-qanuni saxlayır - 1990-cı illər
Rusiya OMON-u azərbaycanlıları qeyri-qanuni saxlayır - 1990-cı illər

Baş nazirin müavini üzr istəməyə məcbur oldu

Bu gün - sentyabrın 11-də Rusiyada Ayıqlıq Günü qeyd edilir. İstiPress-in məlumatına görə, Rusiya dünya üzrə bu günü qeyd edən tək ölkədir və bunun öz səbəbi var.

Tarix boyunca Rusiyada araq bir növ siyasət aləti olub. Proletariatın çox böyük dahi rəhbəri Vladimir İliç Lenin iddia edirdi ki, rus çarları xalqı sakitləşdirmək üçün zaman-zaman araqdan istifadə edirmiş, içki və bayram rus xalqını siyasətdən uzaq tutarmış.

Tarixçilərin dediyinə görə, alman faşistlərinin füreri Adolf Hitler də eyni fikirdə imiş. O, rusları sakitləşdirmək üçün tütün və arağın çox vacib olduğunu bəyan edirmiş.

Lenin xələfi İosif Stalin isə əksinə rusları ayağa qaldırmaq və coşdurmaq üçün içkidən istifalə edirmiş. İkinici Dünya müharibəsində o, rus əsgərlərinə döyüşdən qabaq igidlik üçün 50 qram araq verməyi əmr etmişdi. Sonradan ruslar bu igidlik 50 qramını hər işdən qabaq içirdilər.

Boris Yeltsin Helmut Kolla görüş zamanı -  31 avqust 1994-cü il
Boris Yeltsin Helmut Kolla görüş zamanı - 31 avqust 1994-cü il
Yeltsinin ən sərxoş halları

İş o yerə çatmışdı ki, Rusiyanın dövlət başçıları içki düşkünləri kimi ad çıxarmışdılar. Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin beynəlxalq tədbirlərdə içib qeyri-adekvat hərəkətlər etməsi ilə yadda qalan olub. Məsələn, 31 avqust 1994-cü il tarixdə alman federal kansleri Helmut Kolla görüşündən sonra sərxoş Yeltsin hərbi ansambla yaxınlaşaraq dirijorluq etməyə başlamışdı.

Ən maraqlısı hadisə isə bir ay sonra İrlandiyada olmuşdu. 1994-cü il sentyabrın 30-da ABŞ-dan geri qayıdan Boris Yeltsin protokola görə Şennon hava limanında aralıq enişi zamanı çıxaraq İrlandiya baş naziri ilə görüşməliymiş. Baş nazir Albert Reynolds gələrək hava limanında gözləyib, amma sərxoş Yeltsin təyarədən çıxa bilməyib. Nəticədə, baş nazirin müavini Oleq Soskovets üzr istəməli oldu.

Yeltsinin sərxoşluğu Rusiya dövlətçiliyinin başında çatladı. O, şəxsi iddiaları üzüncə Belovej meşəsində bağladığı anlaşma ilə SSRİ-ni dağıtdı, rus qoşunlarını Almaniyadan və başqa ölkələrdən çıxardı. Nəticədə, Rusiya sərxoş prezidentin üzündən supergüc statusunu itirdi və regional dövlətə çevrildi. 

Azərbaycanın Ermənistan tərəfində 1992-1994-cü illərəd işğal edilmiş torpaqları (boz rəngdə) - XƏRİTƏ
Azərbaycanın Ermənistan tərəfində 1992-1994-cü illərəd işğal edilmiş torpaqları (boz rəngdə) - XƏRİTƏ

Boris Yeltsin sərxoş siyasəti ilə Azərbaycana da çox ziyan vurdu. Onun hakimiyyəti dövründə Rusiya hərbçiləri Ermənistana açıq dəstək verərək Azərbaycan torpaqlarının 20 faizinin işğalında iştirak etdilər. Həmçinin, tez-tez Dağıstanda yollar əsassız yerə bağlanaraq Azərbaycan qatarlarının və avtomobillərinin hərəkəti dayandırılırdı. Rusiya şəhərlərində isə azərbaycanlılara  qarşı mütəmadi polis zorakılığı törədilirdi. Bu gün sərxoş prezidentin bu şər əməllərini unutsaq, onu qınamasaq, gələcəkdə daha təhlükəli siyasi manyaklarla üzləşməli olarıq.

Çingiz Rüstəmov / İstiPress