3 min insanın həyatına son qoyan gün

11 Sentyabr, 2017 08:58 | Siyasət | Baxış sayı: 92
11 sentyabrda terror hücumuna məruz qalan binalar
11 sentyabrda terror hücumuna məruz qalan binalar

11 sentyabr terrorundan 16 il keçir

Sərnişin təyyarəsinin ABŞ-ın Nyu-York şəhərindəki əkiz qüllələrə çırpılması nəticəsində törədilən terror aktından 16 il ötür. İstiPress-in məlumatına görə, 2001-ci ildə ABŞ-da aralarında qadın və uşaqların da olduğu 3 minə yaxın insanın ölümü ilə nəticələnən terror aktı törədilib. 

Qlobal terrorun sivil insanları məhv etdiyi ən böyük hadisələrdən olan 11 sentyabr hadisəsi bütün dünyada təhlükəsizlik qaydalarını ağırlaşdırdı.

Binalara çırpılan iki təyyarə terrorçular tərəfindən qaçırılmışdı. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı.

Həmin gün terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Digərləri isə hədəflərinə çata bilməyilər. 

Hücumlara görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb. Hücumdan sonra Corc Buş administarsiyası terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. 11 sentyabr hadisəsindən bir ay sonra Amerika Birləşmiş Ştatları Əfqanıstana qoşun yeritdi.

Bu gün faciə qurbanlarının xatirəsi anılacaq.