Türkiyə XİN-dən Ermənistan hakimiyyətinə son xəbərdarlıq

11 Avqust, 2020 09:59 | Siyasət | Baxış sayı: 94
Türkiyə XİN
Türkiyə XİN

Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas maneədir.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. 

“Uzun illərdir Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirən Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas maneədir.

Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı gəlib”-deyə, məlumatda bildirilib.